Chiza

Chiza Arxitektura Bürosu rəsmi olaraq 2013 - cü ilin sentyabr ayında təsis edilib. Chiza Arxitektura Bürosunun təsisçiləri gənc memarlar Çingiz Ağarzayev və Zəki Cəbiyev tərəfindən yaradılıb. Büronun adı da hər iki memarın adlarının birləşməsindən – Çingiz və Zəki sözlərindən ibarətdir.Bu iki memarın iş birliyi 2009 – cu ildən başlayıb. Onların hər ikisi uzun müddət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin nəznində Bakı Dövlət Layihə İnstitutunda çalışıblar. Sonradan oradan ayrılaraq özləri birlikdə Arxitektura bürosu yaradaraq, müstəqil fəaliyyətə başlayıblar. Azərbaycanın ilk və tək arxitektura burosu olan Chiza Arxitektura bürosu ölkənin memarlıq sahəsində yeni baxış yaradacaq.

Chiza Arxitektura bürosu dünya memarlıq təcrübəsindən yararlanaraq, Azərbaycanın memarlıq sahəsinə yeniliklər etmək niyyətindədir. Yeni yaradılmış büronun layihələri artıq bir neçə beynəlxalq müsabiqələrdə iştirak edib. Büro Qazaxıstan, Rusiya, Türkiyə, Almaniya kimi ölkələrdə bir sıra layihələrə imza atıb. Chiza Arxitektura Bürosunun hər bir layihəyə fərdi yanaşması var və hər bir layihə biri birindən tamamilə fəqlidir. Hər bir layihənin işlənilməsində layihənin həyata keçiriləcəyi ərazinin relyefi, iqlim şəraiti, şəhərsalma standartları və normalarına uyğun aparılıb və başlıca amil olaraq nəzərə alınır.Chiza Arxitektura Bürosu kiçik və böyük obyektlərin layihələndirilməsini keyfiyyətli şəkildə və qısa müddət ərzində büronun mütəxəssisləri tərəfindən həyata keçirilərək sifarişçiyə təhvil verir. Chiza Arxitektura Bürosu zamanla addımlayaraq ölkədə yeni və daha funksional memarlıq işlərini yaradır.