Formula 1 Grand Prix Azərbaycan (Bakı)

1950-ci ildə ilk dəfə olaraq Formula-1 üzrə Dünya Çempionatı keçirilib və artıq 64 ildir ki, bu tədbirin keçirilməsi üçün infrastrukturu olan müxtəlif ölkələrdə baş tutur. Bizim konsepsiyamızın məqsədi Formula-1 çempionatının şəhərin küçələrində yox, bunun üçün hazırlanmış avtodrom, yəni xüsusi trasda keçirilməsindən ibarətdir.

Bu cür tədbirlərin şəhərin küçələrində keçirilməsi təcrübəsi mövcuddur və Monako (Monte-Karlo). İspaniya (Valensiya), Sinqapur (Marina Bey) və s. kimi ölkələrdə keçirilir. 

Avtodromun yaradılması təkcə Formala-1 yox, həmçinin digər növ avtomobil yarışılarının keçirilməsinə imkan verəcək. Bu da öz növbəsində bu cür yarışın istənil fəsildə və istənilən gündə keçirilməsinə imkan yaradacaq və daha arena konstruksiya modellərinin montaj və demontaj işlərinin aparılmasına ehtiyac qalmayacaq, şəhərin daxilində trass infrastrukturu yaradaraq, bununla da nəqliyyatın hərəkətinin, insanların və digər hərəkət edən vasitələrin ləngiməsinə mane olmayacaq.

Yarışın özü 2 gün davam etsə də, bu infrastrukturun yaradılmaslına təbii ki, daha çox vaxt sərf edilir. Bütün bu struktur ləngimələri isə şəhərlə və onun bütün sistemi ilə bağlıdır.

“ChiZa Architectural Bureau” bu cür avtodromun konseptual layihəsini yaradıb və yarışın şəhərdən bir o qədər də kənarda keçirilən zaman şəhərin mərkəzini nəqliyyatın sıxlığından boşalda biləcək.

Təbii ki, bu təklifin irəli sürülməsi heç bir struktura təklif deyil və bu bizim Formula-1 mövzusuna sırf olaraq öz yanaşmamızdır. Bu tip layihənin ilkin vəzifəsi yerin seçilməsidir. Biz  bunun üçün Bakının qərb hissəsində yerləşən Sultan burnunu seçdik və məhz burada Bakı bulvarı yekunlaşır. Hesab edirik ki, bu, bu layihənin ideal yekunu ola biləcək. 

Avtodroma giriş yolu Zığ hava limanından olacaq ki, bu da kompleksə tez çatmağın və daha tez boşalmasına imkan verəcək. Uzunluğu 5160 m və 60 dairədən ibarət, bununla da ümumi uzunluğu 309 km olan yaradılacaq avtodrom, Formula-1 yarışlarının reqlamentinə tam uyğundur. Bu yarışın reqlamenti isə 305 km təşkil edir. 

Kompleksdə park yerləri, tribunalar, pit-stop, qaraj, təmir emalatxanaları, mətbuat mərkəzi də nəzərə alınıb. Bizim yaratdığımız konsepsiyada həm yarışların keçirildiyi zaman burada da iştirak edəcək idmançılar üçün, həmçinin yarışlardan kənar fəaliyyət göstərə biləcək mehmanxana da nəzərə alınıb.

Həmçinin, Sultan burnunun bitəcəyi yerdə yaxt-klub layihələndirilib ki, bu da su nəqliyyatının fəaliyyətinə imkan yaradacaq və turnirin keçirildiyi zaman və turnirdən kənar vaxtlarda sərnişinlərin daşımasına imkan yaradacaq.

Bütün bunlara istinad edərək, biz Qran-pri tipli yarışların keçirilə biləcəyi kompleksi  görürük.