Xidmətlər

Bizim büro aşağıda qeyd olunmuş istiqamətdə xidmətlər göstərir:

 
    Memarlıq planlaşdırma həlli: yüksəkmərtəbəli yaşayış binalarının, fərdi yaşayış evlərinin, ictimai binaların, çoxfunksiyalı komplekslərin və təlim tədris mərkəzlərinin layihələndirilməsi. 
    Baş planların hazırlanması: yaşayış komplekslərinin və ictimai ərazilərin, landşaft dizaynı və kiçik memarlıq formalarının layihələndirilməsi.     
    İnteryer dizaynının hazırlanması: fərdi yaşayış evlərinin, fərdi məzillərin o cümlədən ictimai binaların layihələndirilməsi.
    Müəllif nəzarətinin aparılması: tikinti quraşdırma işlərinin layihəyə uyğun olaraq düzgün aparılması, o cümlədən fasad və digər işlərlə bağlı material çeşidlərinin seçilməsində yaxından yardım göstərilməsi.   

MEMARLIQ KONSEPSİYASI (ESKİZ LAYİHƏYƏ) daxildir:

Otaqların eksplikasiyası ilə planlar, fasad həlli, ümumi mühəndis və konstruktiv konsepsiyalar, kəsiklər və sxemlər, obyekt haqqında qısa məlumat, ümumi texniki iqtisadi göstəricilər və vizualizasiyaların hazırlanması.

İŞÇİ CİZGİLƏRİNƏ daxildir:

Tikinti prossesinin davamlı getməsi o cümlədən quraşdırma montaj işləri üçün lazım olan bütün sənədlərin hazırlanması. Tikinti üçün hər növ cizgilərin hazırlanması (düyünlər, detallar, spesifikasiyalar və s.)

MÜƏLLİF NƏZARƏTİNƏ daxildir:

Layihə müəlliflərinin iş prossesinin düzgün aparılmasını nəzarətdə saxlamaqı üçün tikinti sahəsinə gəlməsi və işlərin layihəyə uyğun aparılmasını təqib etmək o cümlədən, tikinti və kasmetik materialların seçimində yardımçı olmaq kimi funksiyaları özündə cəmləşdirir.